Bizi izləyin

Ölkə futbolu

“Altıaylıq” Ceyhun Sultanov: ənənəvi üsula davam

blank
blank

“Keşlə” Premyer Liqanın ən biabırçı klubu olmağa davam edir. Xaos içindəki Bakı təmsilçisində normal planlama, işə strateji yanaşma yoxdu. SOCAR hər mövsüm üçün kluba 5-6 milyon manat civarında büdcə ayırır, rəhbərlik isə il ərzində həmin pulu dağıtmaq üçün hər şey edir.

Təsadüfi deyil, “Keşlə” bu mövsüm artıq 2 dəfə baş məşqçisini dəyişib. Tərlan Əhmədov çempionatın startı ərəfəsində yola salınmışdısa, Yunis Hüseynov bir neçə gün öncə istefaya göndərildi. Və hər dəfəsində vida üçün uyğun olmayan zaman seçildi.

Əhmədov ötən mövsüm komandanı bürünc medalçı edib, avrokuboklara yüksəldəndən sonra işinə davam edirdi. Yay toplanışları, yeni mövsümə hazırlıq, transferlər – hamısı Tərlan bəyin nəzarəti altında reallaşmışdı. Amma mövsümün başlamasına sayılı günlər qalarkən onunla yollar ayrıldı.

Klub rəhbərliyinin qərarına qarışmaq istəməzdik – yəqin ki, hansısa səbəblər olub. Lakin hətta haqlıydılarsa da, bu qərar daha öncədən verilməliydi, beləcə nəticələr riskə atılmamalıydı. Onu əvəz edən Yunis bəyin hər dəfə heyətdən gileylənməsi, komandanı özünün toplamadığını, hazırlamadığını deməsi təsadüf deyildi. Və bəhanəsi haqlıydı.

Hüseynov da eyni yolla istefaya göndərildi. “Keşlə”nin nəticələri qış fasiləsinə gedərkən bərbad idi. Və məşqçiylə yanvarın ilk günlərində vidalaşmaq gərəkirdi. Belədə yeni çalışdırıcı komandanı mövsümün ikinci yarısına hazırlamaq şansı qazanacaqdı. Amma klub rəhbərliyi bu dəfə də səriştəsizliyini göstərdi, Hüseynov fasilədən sonra bir oyunda komandaya rəhbərlik etdi, ardınca qovuldu.

İndi Sənan Qurbanovun bəhanəsi var. Növbəti turlarda o da bu heyəti özünün yığmadığını, hazırlıq dönəminə rəhbərlik etmədiyini deyib, “sığorta kartı”ndan yararlanacaq. Həm də onun dedikləri yalan olmayacaq.

Komandanın transfer siyasəti də məşqçi seçimləri kimi yanlışdı. “Keşlə” az qala hər ay oyunçu qovur və yenisini gətirir. Transfer pəncərəsi bu komanda üçün deyil, rəhbərlik kimisə almaq istəyirsə, uyğun yol tapır.

6 ay geridə qalıb, bakılılar 6 futbolçuyla vidalaşıb və onların hamısı müxtəlif zamanlarda düşərgədən göndərilib. Cavid İmamverdiyev və Aleksandr Kristavao cari mövsümün startında meydana çıxdıqdan sonra yola salındı – lakin hər biri fərqli aylarda. Ardınca növbə Şohrux Qadoyev, Artur Batista və Alvaro Tavareşə çatdı. Bu legioner də mövsümün gedişində sırayla qovuldu. Nəhayət, qış fasiləsi dövründə Dmitro Klotsun bileti kəsildi.

Gələnlər də komandanın qış hazırlığını bütöv keçə bilmədi. Anatoli Abanq, Nicat Qurbanov və Sadio Tounkara toplanış başlayandan sonra, müxtəlif günlərdə düşərgəyə qoşuldu. Elçin Mustafayev ilk tur ərəfəsində “Keşlə”də peyda oldusa, daha 2 futbolçu dünən sifariş edildi. Paytaxt təmsilçisi 2021-də artıq 3 matç keçirib, Elvin Yunuszadəylə Yevgeni Koçuk isə məhz indi heyətə qatılır. Belə transfer siyasəti olmur. Uzun müddətdi klubsuz olan bu cütlüyü daha öncə gətirmək, heyəti komplektləşdirmək lazım idi.

Klubun yeni idman direktoru Ceyhun Sultanovun pulqazanma siyasəti ənənəvidi. Vəzifəsi bir yana, özü menecer kimi fəaliyyət göstərən, futbolçulardan aldığı faizlərlə dövran sürən bu şəxs hiyləgərcəsinə davranır. Qışda alınan bütün futbolçularla yarım illik müqavilə bağlanması təsadüfi deyil. “Altıaylıq” işləməyi xoşlayan direktor 6 oyunçu qovub, bir o qədərini də gətirdi. Yenilərdən faizini qatlamağı bir yana, indi də yayda onları yola salıb, yeni dəstəni gətirmək üçün zəmin hazırlayır ki, gələn mövsüm öncəsi qara əməliyyatlarını davam etdirsin.

Özünə hörmət edən, həqiqətən karyerasını düşünən heç bir oyunçu altıaylıq müqavilə bağlamır. Deməli, “Keşlə”nin gətirdiklərinin hamısı yalnız pul qazanmağı düşünür və yayda gedəcəklərini bildikləri komandaya can yandırmaları mümkünsüzdü. Onların qanunla hətta bugündən etibarən başqa klublarla danışıq aparması, yeni iş yeri axtarması realdı. Çünki anlaşmanın bitməsinə yarım il qalarkən, futbolçuların belə hüququ var.

Abanqla Tounkaranın yayda yola salınacağı dəqiqdi. Çünki Sultanov onları birbaşa Hüseynovun istəyi ilə gətirmişdi. Yunis bəy gedibsə, sevimlilərini əzizləyən olmayacaq. Təsadüfi deyil, Anatole Sənan Qurbanovun gəlişindən sonra ehtiyat oyunçuya çevrilib. Halbuki belə olacağını xeyli öncədən yazmışdıq. 6 il ərzində 4 qitə, 8 ölkə dəyişmiş futbolçunun “Keşlə”də müvəqqəti olduğunu hələ bir ay öncə təxmin etmişdik.

Nicat xahişlə, Elçin limit oyunçusu kimi götürülüb, hər ikisinin etimad limiti tez tükənəcək. Təsadüfi deyil, Qurbanov heyət üzü görmür, Mustafayev isə ilk oyununda yarım saat tab gətirdi, qırmızı vərəqə alaraq, ona ümid bəsləməyin faydasız olduğunu göstərdi.

Nəhayət, keçidi dünən açıqlanan oyunçulara gəlincə, Elvin Yunuszadənin durumu bəllidi – o da tapşırıqla heyətə götürülüb. Ölkədə son illər heç bir klubda davamlı oynamayan, intizamsızlığı, xarakteri üzündən problem yaşayan müdafiəçi legioner kimi getdiyi “Şkupi”də də dəyişmədi. Klubsuz qaldığından, indi onu “Keşlə”nin rəhbəri Zaur Axundovun üstünə göndəriblər və yayadək maaş verilməsini xahiş ediblər.

Koçukun məsələsi isə daha maraqlıdı. Moldovalının agenti kimdisə, yaxşı alverçidi. Bu oyunçu “Səbail”i “Sabah”a dəyişəndə əks marşrutla gedən Henrik Ekşteynlə yer dəyişdi. İndi isə “Sabah”ı “Keşlə”yə dəyişib və yenə də sabiq komandasına yerinə gəldiyi futbolçunu göndəriblər. Axı, “Keşlə”dən ayrılan Klots “Sabah”la müqavilə bağlayıb. Və Yevgeni ilə də altıaylıq müqavilə imzalanıb.

Bazardı, Koçuk və onun kimilər klubları əlcək kimi dəyişir, onların himayəçiləri böyük pullar qazanır. Və Koçukun gəzdiyi klubların hamısı turnir cədvəlinin son 3 pilləsini bəzəyir. Baş “bazarkom” Ceyhun Sultanov isə işindədi, bir klubdan uğursuzluğa görə qovulur, 10 gün keçməmiş digər klubda fəaliyyətə başlayır və yenə eyni üsulla işləməyə davam edir.

Bizdə futbol oynamırlar, futbolla oynayırlar. Sultanov kimilərin dahi sayıldığı “Keşlə” isə aşkar autsayderdi. Və o, bütün əməllərini ifşa etməyimizə rəğmən, yayda yenə eyni hoqqalardan çıxacaq. Cəzasızlıq hökm sürdükcə, uğursuzluqlara görə hesabat tələb edilmədikcə belə olacaq.

Əmin olun ki, “Keşlə” hər nə qədər xaos içində olsa da, nəticələr yaxşılaşacaq. “Kəpəz”lə kubok oyununda olduğu kimi, hakim hədiyyələri tez-tez bu komandanın qismətinə düşəcək. Çünki Ceyhun bəy uğursuz transferlərinin göz deşməməsi üçün dost yardımından faydalanacaq. Onun Hakimlər Komitəsində “kirvə”si var, kimliyini “Keşlə”nin lehinə hakim səhvləri çoxaldıqca siz də biləcəksiz.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Digər idman növləri2024-05-03 15:37

Azərbaycan birinciliyinin final oyunlarının vaxtı bilindi

blank
Ölkə futbolu2024-05-03 15:20

Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlandı

blank
Ölkə futbolu2024-05-03 15:05

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə

blank
Digər idman növləri2024-05-03 14:50

“Baku Open-2024” keçiriləcək

blank
Ölkə futbolu2024-05-03 14:32

“Qarabağ” 11 oyundur “Neftçi”yə uduzmur

blank
Digər idman növləri2024-05-03 14:15

Azərbaycan “Prezident Kuboku”nda altıncı medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 14:00

“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar

blank
Digər idman növləri2024-05-03 13:45

Bu gün sonuncu yarımfinalçı müəyyənləşə bilər

blank
Əvəzedicilər2024-05-03 13:34

Əvəzedicilərin də cəzaları açıqlandı

blank
Digər idman növləri2024-05-03 13:25

Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq

blank
Ölkə futbolu2024-05-03 13:14

Üç futbolçuya dörd oyunluq cəza

blank
Digər idman növləri2024-05-03 13:07

Azərbaycan komandası “Prezident Kuboku”nda növbəti medalı qazandı

blank
I Liqa2024-05-03 13:00

I Liqanın lideri topdaşıyanlara görə cərimələndi

blank
Digər idman növləri2024-05-03 12:52

MBA-da daha iki 1/4 finalçı məlum oldu

blank
Premyer-liqa2024-05-03 12:44

“Neftçi” – “Turan Tovuz” matçı ilə bağlı sərt cəzalar

blank
Digər idman növləri2024-05-03 12:29

Basketbolda yunanların günü

blank
Digər idman növləri2024-05-03 12:15

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm