Dünya futbolu
Amerika Kuboku: Yarımfinalçılar müəyyənləşdi
Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gəlib.
Əvvəlcə Kolumbiya və Uruqvay yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalibi 11 metrlik cərimə zərbələri ilə müəyyənləşdirmək lazım gəlib. Penaltilər seriyasında kolumbiyalılar 4:2 hesabı ilə üstün olublar.
Sonuncu yarımfinal görüşü Argentina və Ekvador yığmaları arasında baş tutub. Argentinalılar bu oyunda üç cavabsız qola seviniblər.
Beləliklə, yarımfinalda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.
Amerika Kuboku
4 iyul
Uruqvay – Kolumbiya 0:0 (penaltilər 2:4)
Argentina – Ekvador 3:0
Qol: Rodriqo De Paul, 40. Lautaro Martines, 84. Lionel Messi, 90+3.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”