Digər idman növləri
Amerikalı atlet dünya rekordu ilə çempion oldu
Şotlandiyanın Qlazqo şəhərində qapalı məkanlarda atletika üzrə dünya çempionatına yekun vurulub. Son gündə amerikalı idmançı Qrant Hollovey rekord nəticə ilə qızıl medal qazanıb.
Hollovey 60 metr məsafəyə maneələrlə qaçışda 7,29 saniyəlik nəticə göstərib. İkinci yeri 7,43 saniyə ilə italiyalı Lorenzo Ndele Simonelli tutub. O, ölkə rekordunu yeniləyib. İlk üçlüyü fransalı Just Kvau-Mati (7,47) tamamlayıb.
Kişilər, 60 metr maneələrlə qaçış
1. Qrant Hollovey (ABŞ) – 7,29 saniyə (dünya rekordu)
2. Lorenzo Ndele Simonelli (İtaliya) – 7,43 (ölkə rekordu)
3. Just Kvau-Mati (Fransa) – 7,47
Xatırladaq ki, Qrant Hollovey 110 m məsafəyə maneələrlə qaçışda 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı, üçqat dünya çempionudur. Zalda keçirilən dünya çempionatlarında o, ikinci dəfə çempion olur.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı