Ölkə futbolu
Anası Emrelinin son durumu barədə danışdı: “Hər şey qaydasındadır”
“Legiya” azarkeşləri tərəfindən başına zərbə endirilən və həkim nəzarətinə götürülən Mahir Emrelinin vəziyyəti yaxşıdır. Bu barədə futbolinfo.az-a onun anası Elnurə Emreli məlumat verib.
O bildirib ki, Mahir özünü yaxşı hiss edir: “Hər şey qaydasındadır və Mahir özünü yaxşı hiss edir”.
Yeri gəlmişkən qeyd edək ki, Mahir komandasının 2021-ci ildəki son oyununu da buraxacaq. Polşa mətbuatının yazdığına görə, Plotsk “Visla”sı ilə matçdan sonra azarkeşlərin hücumuna məruz qalan millimizin üzvü hələ də komanda ilə birlikdə məşq etmir. Bu səbəbdən onun 19-cu turda keçiriləcək “Radomiak Radom”la görüşü də buraxacağı bildirilib.
Xatırladaq ki, Emrelinin Polşa təmsilçisindən ayrılacağı xəbərləri yayılıb. O, bundan əvvəl “Zaqlembe” ilə matçda oynamayıb.