Dünya futbolu
Anatoli Nuriyev het-trikə imza atdı
Ukraynanın “Minay” klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi hazırlıq prosesindəki son yoxlama matçında 1-ci liqada mübarizə aparan “Veres”lə üz-üzə gəlib.
Görüş elita klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Minay”ın heyətində qollardan üçünü azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub. 25 yaşlı forvard 19, 34 və 75-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, AFFA Anatoli Nuriyevi Azərbaycan millisinə cəlb etmək üçün onunla danışıqları davam etdirir.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə