Dünya futbolu
Ançelotti: “Bu oyundan dərs almalıyıq”
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunun finalında “Barselona”ya uduzmaları (1:3) barədə danışıb. Son 10 ildə ilk dəfə hansısa yarışın finalında yenilən italiyalı mütəxəssis məyus deyil.
Futbolinfo.az xəbər verir ki, 63 yaşlı mütəxəssis komandasının yaxşı formada olmadığını deyib: “Düşünürəm ki, bu oyundan dərs almalıyıq. İndi komanda üçün çətin məqamdır. Komandanın ən yaxşı formada olmadığı məlum idi. Bu matç bizə bəzi çatışmazlıqları göstərdi. Biz geri qayıdacağıq. İndi isə növbəti matça hazırlaşmaq lazımdır. Oyunun əvvəlində bərabərlik olsa da, “Barselona” ilk qolu vurdu və daha çox inam qazandı. Biz komanda şəklində oynamalıyıq. Səhvləri necə düzəltməyə gəlincə, biz çalışırıq, oyunçulara bu anları göstəririk”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq