Dünya futbolu
Ançelotti “Milan” üçün də sevinir
“Bilirdik ki, belə bir matçda dözməli olacağıq. Rəqib xüsusən sol cinahda hər şeyi sınadı. Bizə problem yaratdılar, amma bundan sonra düzəlişlər etdik. Müdafiədə çox layiqli səviyyə nümayiş etdirdik”. Bu sözləri “Real”ın baş məşqçisi Karlo Ançelotti deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalında “Çelsi”yə 2:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri cavab oyunundan sonra qapıçısını da tərifləyib: “Kurtua vacib seyv etdi, yoxsa “Çelsi” önə keçəcəkdi. İkinci hissədə oyuna daha yaxşı nəzarət etdik, əks-hücumlarda iki qol vura bildik. Biz özümüzü düşünürük, amma “Milan”a görə sevinirəm, uzun müddətdir ki, yarımfinalda oynamırlar. “Napoli”yə yazığım gəlir, bu klub da mənim üçün əzizdir”.