Dünya futbolu
Ançelottidən inanılmaz göstərici
“Real”ın baş məşqçisi Karlo Ançelotti bir həftə ərzində 2 dəfə tarixə düşdü. İtaliyalı mütəxəssis öncə madridliləri çempion etməklə seçildi. Belə ki, Ançelotti futbol tarixində Avropanın əsas 5 liqasının hər birində çempion olan ilk baş məşqçi oldu.
Karlo ikinci uğurunu dünən gecə reallaşdırdı. O, “Mançester Siti”ni yenib “Real”ı finala daşımaqla Çempionlar Liqası tarixində 5-ci dəfə final görən ilk baş məşqçi oldu. 3 dəfə “Milan”la həlledici matça çıxan italiyalı ikinci dəfə “Real”la bunu bacarır. 2003-cü ildə “Milan”la finalda “Yuventus”a qalib gələn Ançelotti, 2005-də “Liverpul”a uduzmuş, iki il sonra eyni rəqibdən revanş almışdı. 2014-cü ildə isə “Atletiko”nu yenərək “Real”ı çempion edən məşqçi mayın 28-də 3-cü dəfə “Liverpul”la qüvvəsini sınayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”