Bizi izləyin

Ölkə futbolu

Antalya toplanışının yekunları: həlledici mərhələyə kim necə hazırlaşdı?

blank
blank

Daha bir qış hazırlıq dönəmi bitdi. Hamılıqla iki həftəlik Türkiyəyə köçən klublarımız mövsümün ikinci yarısına hazırlaşdı, əskiklərini düzəltməyə çalışdı. Kimin buna nail olduğunu qarşıdakı yurlarda biləcəyik.

İndidən bir şey dəqiqdir ki, mövsümün qalan hissəsi daha gərgin keçəcək. Xüsusilə autsayderlər qrupunda gərgin mübarizə gedəcək.

QARABAĞ

“Rakuv” (Polşa) 0:3

“Çukariçki” (Serbiya) 1:0

 “Poqon” (Polşa) 2:4

Ən uzun hazırlıq tsiklini “Qarabağ” keçdi. Yanvarın 4-də Türkiyəyə üz tutan ağdamlılar 3 gün sonra geri dönəcək. Komanda birbaşa çempionat matçına çıxmaq üçün Antalyadan Qərb bölgəsinə uçacaq.

Qurbanov hazırlıq dönəmindən razıdır. O, komandanın bir çox çatışmazlıqlarını gördüyünü, onları aradan qaldırmaq üçün hazırlaşacaqlarını deyir. Yoxlama matçlarının nəticələri də problemlərin olduğunu ortaya qoydu. Düzdür, bu nəticələr böyük önəm daşımır, yorğunluq fonunda fərqli heyətlər, taktikalar sınanır.

Lakin sırf heyət baxımından ağdamlıların arzuolunan vəziyyətdə olmadığıbı qeyd etməliyik. “Qarabağ”ın hazırkı heyəti Premyer Liqada rahatca çempion ola bilər, lakin avrkuboklarda yola davam etmək mənasında çətinliklər olacaq. Abbas Hüseynovun 8 aylıq sıradan çıxması, Şahruddin Məhəmmədəlyevin qolunun sınması ciddi problem yaradacaq. Kadi Borgesin satılması da təsirsiz ötüşməməlidir.

Adama Diakabinin transferi Kadinin yoxluğunu unutdurmaq üçün atılan addım olsa da, fransalının hələ formada oynamaması, komandaya uyğunlaşmaq üçün zamana ehtiyac duyması vurğulanmalıdır. Adptasiyanın “Gent”lə oyunlaradək yekunlaşmasını arzulamaqdan başqa əlimizdən bir şey gəlmir.

Hazırda ciddi şəkildə qapıçı axtarışında olan “Qarabağ”ın hücumçu problemi də yoluna qoyulmayıb. Ağdamlılar fikri Macarıstanda olan Kvabena Ovusuya layiqli əvəzedicini nə qədər tez tapsa, bir o qədər yaxşıdır. Eyni zamanda qapıçı Luka Quqeşaşviliyə də önəmli oyunlarda çox etibar etmək olmaz.

SABAH

“Varta” (Polşa) 1:1

“Voyvodina” (Serbiya) 4:2

Cəmi iki sınaq matçına ehtiyac duyan “Sabah”ın nəticələri pis deyil. Transferə gərək duymayan bakılılar sabitliyə sadiq qaldı. Bəlkə də hazırkı heyət avrokuboklara vəsiqə qazanmaq üçün kifayət edəcək, lakin komandanın gücləndirilməsi, rəqabət yaradılması baxımından yeni oyunçulara ehtiyac var. Çünki ilk yarının sonlarında ardıcıl xal itkiləri müəyyən problemlərin olduğunu göstərdi.

NEFTÇİ

“Vaşaş” (Macarıstan) 1:1

“Medz Leqnisa” (Polşa) 1:2

“Srvena Zvezda” (Serbiya) 0:1

Əsas ümidini ölkə kubokuna bağlayan bakılıların yoxlama matçlarındakı çıxışı ümid vermədi. Ciddi güclənməyə ehtiyac duyan komandanın əvəzində Yusuf Lavalı da satması isə yerinə düşmədi. Üstəlik, Eddi İsrafilovun hələ də kənarda qalması paytaxt klubunda problemlər yaradacaq.

Düzdür, “Neftçi” yeni transferlər üçün çalışır. Amma güclənmə cəhdləri reallığa çevrilmədikcə narahatlıq yaranır. Kilan Lebonun Lavalı əvəz edəcəyinə ciddi şübhələr var, digər mövqelər üçün isə konkret addımlar atılmayıb. Bəli, yeni transferlər olacaq, lakin toplanış bitənə kimi keçidlərin reallaşmaması mənfi haldır. Onların komandaya uyğunlaşması zaman alacaq.

ZİRƏ

“Çindia” (Rumıniya) 3:2

“Szeged-Csanad” (Macarıstan) 1:3

“Radniçki” (Serbiya) 0:0

“Zirə” heyətini gücləndirməyən azsaylı komandalardandır. Təmkin Xəlilzadənin heyətdən uzaqlaşdırılmasını səhv saymaq olmaz. Bu futbolçuya heç kimin yiyə durmaması cinah müdafiəçisinin özünü ifşa etməsinin nəticəsidir. Onun vidası “qartallar”ın daxili ab-havanı düzəltməsinə yardım edəcək.

Lakin Nemanya Andelkociçin Türkiyəyə aparılmaması, əvəzedici heyətdə saxlanılması suallar doğurur. “Zirə” ona əvəzedici tapmasa, qarşıdakı oyunlarda çətinlik yaşayacaq. Ümumiyyətlə, heç bir transfer edilməməsi avrokuboklara vəsiqə qazanmaq istəyən komandanın işini çətinləşdirəcək. Düzdür, hələ zaman var, lakin yenilər heyətə uğyunlaşana kimi turnir vəziyyəti daha da pisləşə bilər.

QƏBƏLƏ

“Sepsi” (Rumıniya) 2:2

“Lukanvalde” (Almaniya) 3:2

“Teplitse” (Çexiya) 1:2

Bölgə təmsilçisi də transferlərə ehtiyac duymadı, daha çox sabitliyə üstünlük verdi. “Qəbələ”nin avrokuboklara vəsiqə qazanması kubokdakı çıxışından və çempionatda rəqiblərinin oyunundan daha çox asılı olacaq.

Lakin “Qəbələ”nin Rafael Utriqlə bağlı problemi komandada ab-havanı poza bilər. Braziliyalı toplanışa qatılmadı, onun bu hərəkətinin izahatı da verilmədi. Ayrılmaq istəyən hücumçuyla münasibətlərin necə yoluna qoyulacağı maraq doğurur. Rafael “Qəbələ” üçün önəmli futbolçudur, aparıcı üzvlərdən biridir, satılarsa, layiqli əvəzedici tapılmalıdır, qalarsa, toplanışdan kənar qalan birinin hansı formada olduğunu görəcəyik.

TURAN TOVUZ

“Petrolul” (Rumıniya) 2:3

“Aarau” (İsveçrə) 1:0

“Jetısu” (Qazaxıstan) 2:0

Hazırlıq müddətində hər oyunda qol vuran qərblilər ciddi transferlərlə seçilmədi. Amma Ayxan Abbasov sabitliyə nail ola bildi. Komanda oyununun inkişafı baxımından hazırlıq yerinə düşməlidir.

Tovuzlular müdafiənin cinahındakı problemi moldovalı yeni oyunçunun hesabına həll etdi, onun iki qol vurması da məşqçiləri sevindirməlidir. Hücum xəttinə gözlənilən əlavə edilsə, kmanda ən azı indi olduğu mövqeyi qorumaq baxımındn önəmli addım atmış olar.

ŞAMAXI

“Kaysar” (Qazaxıstan) 0:0

“Botaşani” (Rumıniya) 0:1 (başa çatmayıb)

“Napredak” (Serbiya) 0:1

Toplanış boyunca qol vura bilməyən “Şamaxı” bəlkə də əzmkarlıq hesabına birşeylər etməyə çalışacaq. Lakin mövsümün ilk yarısında bu, fayda vermişdisə, qışda bütün komandaların güclənməsindən sonra bölgə təmsilçisinin işi daha çətin olacaq. Adil Nağıyevin gedişindən sonra müdafiənin mərkəzində yaranan problem şamaxılılara çox problem yaradacaq.

Ümumiyyətlə, “Şamaxı” ardıcıl bir neçə uğursuz oyundan sonra pərən-pərən düşə biləcək vəziyyətdədir. Komandanın əksər oyunçuları ya veteranlar, ya da icarəyə götürülənlərdir. Onlardan döyüşkən komanda qurmaq olar, lakin əzmkarlıq bir yerə qədər olacaq. Komandanın ciddi şəkildə güclənməməsi bölgə təmsilçisini son pillənin potensial sahibinə çevirəcək.

SUMQAYIT

“Radnik” (Serbiya) 2:1

“Krılya Sovetov” (Rusiya) 0:1

Heyətini ciddi çəkildə yeniləyən “Sumqayıt” sirrli qutudur. Yeni oyunçuların hansı səviyyədə olması, Samir Abasovun öz dəst-xəttini komandaya hansı şəkildə aşılaması birbaşa nəticələrdə özünü göstərəcək. Alınsa, yüksəliş mümkündür, alınmasa, “Sumqayıt”ı birdəfəlik itirə bilərik.

Klub rəhbərliyi yayda ciddi səhvlər edib, qışda yanlışları düzəltməyə çalışdılar. Ümid edək ki, yeni gələnlər əvvəlki legionerlərdən daha yaxşı olacaq. Nəticələr düzəlməsə, 6-7 ay ərzində 14-15 legionerin transferinin hesabatını vermək lazım gələcək. Komanda bu imkanlar qarşılığında Diviziona yuvarlansa…

KƏPƏZ

“MTK Budapeşt” (Macarıstan) 1:0

“Novı Pazar” (Serbiya) 0:0

“Kaysar” (Qazaxıstan) 3:0

Toplanış dövrünün nəticələri xal kimi hesablansaydı, “Kəpəz” xeyli qazanclı çıxardı. Çünki 3 oyunda qol buraxmayan gəncəlilər Antalyada ən yaxşı nəticə göstərən klubumuzdur. Düzdür, rəqiblərin səviyyəsi, oyuna yanaşması fərqli olduğundan müqayisə aparmaq olmur. Komandada həqiqətən irəliləyiş varsa, buna yalnız sevinmək olar.

Təəssüf ki, gəncəlilərin ciddi güclənməsindən danışa bilməyəcəyik. Problemli futbolçuları heyətdən uzaqlaşdırmaq mümkün olmadı, bu səbəbdən yenilərin də sayı çox deyil. Gələn oyunçuların yüksək səviyyəsindən də danışa bilməyəcəyik. İstənilən halda, “Kəpəz” əsas heyətini qoruduzundan turnir cədvəlinin ortalarında dolaşmağa davam edəcək.

SƏBAİL

“Legiya” (Polşa) 2:2

“Bohemians” (Çexiya) 0:0

“Spartak” (Serbiya) 0:1

İmkanlarına, heyətinə görə son pillədə qərarlaşmağa layiq olmayan “Səbail”in əsas transferi Şahin Diniyev oldu. Yeni baş məşqçi heyətə ciddi şəkildə əl gəzdirməməklə bunu təsdiqlədi. Mahmud Qurbanovun futbolçularla yola getməməsinin nəticəsində indiki aqibətlə üzləşən komandanın dirçəlmək üçün hər cür imkanı var.

“Səbail”in oyun tərzini necə dəyişməsi tezliklə bəlli olacaq. Diniyev klubdaxili ab-havanı düzəldə bilibsə, nəticəsini elə ilk turda görəcəyik. Şamaxı səfərində rəqibin Premyer Liqadakı taleyi də müəyyənləşə bilər. Şahin bəy gələn kimi bu komandaya icarəyəverilən Adil Nağıyevi geri qaytarmaqla ilk qolu vurub, qalır davamını gətirmək.

AĞA

Reklam

Reklam


blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm