Ölkə futbolu
“Araz-Naxçıvan”dakı susqunluğun səbəbi
Premyer Liqaya vəsiqə qazanan “Araz-Naxçıvan”da problemlər bitmir. Klub idarəçiliyindəki xaos komanda quruculuğuna da mane olur.
Futbolinfo.az xəbər verir ki, infrastruktur baxımından çətinlik yaşayan muxtar respublika təmsilçisi heyətindəki futbolçularla da anlaşa bilmir. Daha doğrusu, “Araz-Naxçıvan” rəhbərliyi futbolçulara verdiyi vədə əməl etmədiyindən, əksər aparıcı oyunçular muxtar respublikanı tərk etmək istəyir.
Bizdə olan məlumata görə, onlar arasında Fəhmin Muradbəyli və Orxan Qurbanlı da var. Bitən müqavilələrini yenləməyən bu iki oyunçuya hələ Divizionda oynadıqları zaman Premyer Liqaya vəsiqə qazandıqdan sonra maaş artımı ilə bağlı vəd verilib. İndi isə idarəçilər bunu etmək istəmir.
Hazırda hər iki oyunçu rəhbərliklə bu mövzuda danışıq aparır. Lakin öncə klubda rəhbərliyin dəyişməsi lazımdır. “Araz-Naxçıvan” tezliklə klubun Müşahidə Şurasını yaradacaq və bir çox suallara məhz ondan sonra aydınlıq gələcək. Adı klubla yanaşı hallanan bir çox yeni futbolçunun keçidinin rəsmiləşməməsi də bununla bağlıdır.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?