Ölkə futbolu
“Araz-Naxçıvan”ın ilk transfer hədəfləri: legionerlər Türkiyədən gələcək
Növbəti mövsüm yenidən Premyer Liqaya qayıdacaq “Araz-Naxçıvan” heyətin formalaşması üçün hərəkətə gəlib. Futbolinfo.az saytının məlumatına görə, elitada iştirak üçün lisenziya alan Birinci Divizionun qalibi yayda yerli və əcnəbi futbolçularla heyətini gücləndirəcək.
Naxçıvan təmsilçisi ilk olaraq Premyer Liqanın digər komandalarında heyətə düşə bilməyən təcrübəli oyunçularla güclənməyi planlaşdırır. Hədəfdəki ilk oyunçular “Neftçi”nin muxtar respublikadan olan qapıçısı Aqil Məmmədov, “Sumqayıt”ın yarımmüdafiəçisi Elşən Abdullayev və “Şamaxı”nın hücumçusu Amil Yunanovdur.
“Araz-Naxçıvan” əcnəbi transferlərində isə türkiyəli futbolçulara üstünlük verəcək. Bu mənada Naxçıvana nisbətən yaxın olan ərazilərin BAL Liqasında çıxış edən komandalarından 3-4 türkiyəli futbolçunun keçidi nəzərdə tutulub.