Ölkə futbolu
“Araz-Naxçıvan”ın Qəbələ toplanışı davam edir
“Araz-Naxçıvan” təlim-məşq toplanışını Qəbələdə davam etdirir.
Futbolinfo.az xəbər verir ki, komanda hava şəraiti ilə əlaqədar bu gün məşqini qapalı meydanda həyata keçirib.
Yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələnən Orxan Əliyev və İsmayıl Azzaoui müalicəsini Bakıda davam etdirir.
Qeyd edək ki, “Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. Komanda saat 14:00-da “Qəbələ” ilə üz-üzə gələcək. Bununla da toplanışı yekunlaşdıracaq “qırmızı-ağlar” Bakıya dönəcək və 2 gün istirahət edəcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi