Ölkə futbolu
“Araz-Naxçıvan”la “Zirə”nin sınaq matçının məkanı dəyişdirildi
Xəbər verdiyimiz kimi, yanvarın 10-da “Araz-Naxçıvan” və “Zirə” komandaları yoldaşlıq oyununda üz-üzə gələcək.
Futbolinfo.az xəbər verir ki, bu qarşılaşmanın keçiriləcəyi məkan dəyişdirilib.
Naxçıvan klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, saat 15:00-da start götürəcək görüş əvvəlcədən bildirildiyi kimi, Bakı Olimpiya Stadionunda deyil, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.