Bizi izləyin

Ölkə futbolu

Ardıcıl 3-cü məğlubiyyət “Neftçi”ni “3-lük”dən kənara atdı

blank
blank

Zirəlilər “Səbail” üzərində qələbəni rəsmiləşdirəndə bunun onların həftəni “üçlük”də tamamlamalarına imkan verəcəyini bilmirdilər. Bu gün növbəti oyununu keçirəcək “Qəbələ” öz yerində, “Neftçi”nin turu xalsız başa vurması az ehtimal edilirdi.

İstənilən halda, “Zirə” öz qələbəsini rahatlıqla qazandı. Bayıl təmsilçisi ilə matçda çox əziyyət çəkmədən qollar vuran Rəşad Sadıqovun yetirmələri hazırda 2-ci pillədədi. Onlardan öndə isə yalnız “Qarabağ”dı – maraqlıdı ki, məhz bu iki komanda cari mövsümdə keçirdikləri bütün matçlarda qol vurublar. Bəlkə də elə bu özəlliyinə görə “qartallar” rahat nəfəs almağa başlayıb. Məhsuldarlığa görə bombardilik yarışının önündə gedən Davit Volkov önəmli yer tutur, lakin ümumən komanda yaxşı təsir bağışlayır.

“Səbail”in asan təslim olmasının bir səbəbi də heyət problemləri idi. Cəzalılar, zədəlilər o qədər çox idi ki, Nail Alışov debüt etmək şansı qazanmışdı. İnsafən bu qapıçı 3 top buraxsa da, yaxşı təsir bağışladı, “dənizçilər”in problemi komanda oyununda, digər xətlərdəki çatışmazlıqlarda idi.

Günün ikinci matçı daha dramatik alındı. Heyətdə yenə yersiz rotasiyalara əl atan, sabit “11-lik”dən uzaq olan Samir Abasov həmkarı Murad Musayevin Azərbaycanda ilk qələbəsini qazanması üçün hər şey etdi.

Hesabı oyunda daha üstün olan “Neftçi” açdı. Meydan sahiblərinin qolu gedişata uyğun idi və davamının gəlməsi gözlənilirdi. Lakin “Keşlə” ilə ötən turdakı matç kimi – fasilədən sonra, hər şey dəyişdi. Təşəbbüsə yiyələnən qonaqlar rəqibin müdafiəsində və dayaq bölgəsindəki boşluqları ustalıqla dəyərləndirdi. Aleksey İsayevi dayandırmaq üçün heç nə fikirləşə bilməyən “Neftçi” əks-hücumlarda asanlıqla azlıqda yaxalandı və ardıcıl iki top buraxdı.

Beşli müdafiənin üstünlüyü cinah hücumlarıdısa, “Neftçi”də bu alınmadı, təkqanadla uçmaq isə qəzaya səbəb oldu. Əlinin altında 12 legioner olan Abasov onlardan düzgün faydalanmağın yolunu hələ də öyrənmədiyindən növbəti zərbəni aldı və cəmi üç əcnəbiyə güvənən “Sabah” layiq olduğu qələbəni əldə etdi.

“Sabah”ın haqqını yeməyək, “Neftçi” hər nə qədər bərbad oynadığı üçün uduzsa da, komandanı bu vəziyyətə salan məhz rəqibi idi. Son 4 oyunda 3 qələbə qazanan, uduzmadan 11 qol vuran “Sabah” artıq 5-ci pillədədi, özünəinamı artırsalar, avrokuboklara vəsiqə üçün mübarizəyə davam edəcəklər. Müxtəlif səbəblərdən oynamayan 4 əsas heyət üzvü qayıtdıqdan sonra Murad Musayevin daha yaxşı işlər görmək imkanı olacaq.

“Neftçi” isə böhrandadı. “Qarabağ”, “Keşlə” və “Sabah” – ardıcıl 3 məğlubiyyət, buraxılan 9 qol. Komanda hazırda yalnız “Keşlə”dən az top buraxıb. Çempion komanda üçün bu göstərici utancvericidi. Bakılılar sonuncu dəfə 5 il öncə, Elxan Abdullayevin vaxtında ardıcıl 3 məğlubiyyət almışdı. Deməli, problem çox ciddidi və təcili olaraq həlli tapılmalıdı. “Neftçi”nin ötən tur 2 top fərqiylə önə keçdikdən, bu dəfə isə hesabı açdıqdan sonra məğlub olduğunu nəzərə alsaq, vəziyyət daha vahiməli görünür.

Samir Abasovun kreslosu laxlamağa başlayıb. Yuxarıdakı statistika uzun fasilədən sonra komandanı çempion etmiş məşqçinin dividendlərinin üstündən xətt çəkir. Zirvədə qalmaq ora qalxmaqdan daha çətindi və görünən odur ki, Abasov bunu bacarmır. Artıq “Qarabağ” 9 xal önə keçib, üstəlik daha 2 rəqib “Neftçi”yə yuxarıdan aşağı baxır. Çempionluq bir yana, hətta medalçılar sırasına düşmək üçün də mübarizə aparmaq lazım gələcək. İndiki əhval-ruhiyyə, klubdaxili gərginliklə vəzifə daha da çətinləşir.

11-ci turu özəl edən bir məqam var. Bu həftə SOCAR-dan maliyyələşən klublar digər mənbələrdən “qidalanan”larla üz-üzə gəlir. Və bitən 3 matçda müstəqil olanlar qələbəni bayram edib. Bu gün “Qəbələ” də “ənənə”yə sadiq qalsa, kimlərinsə düşünməsinə ehtiyac yaranacaq. Düzdü, “Qarabağ” istisna olmaqla, 7 klubun hamısı AFFA/SOCAR-dan hansısa formada yardım alır, hətta “Qəbələ”nin büdcəsinin böyük əksəriyyəti assosiasiyadan gəlir, amma bölgə təmsilçisi “Sumqayıt”la müqayisədə idarəçilik baxımından daha müstəqildi. Elmar Baxşıyevin yetirmələri qalib gəlməsə belə turun bitimində ilk “üçlüy”ü məhz müstəqillər təşkil edəcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
I Liqa2024-05-17 14:00

“Şamaxı” “Qaradağ Lökbatan”ın stadionuna dəymiş zərəri qarşılayacaq

blank
Digər idman növləri2024-05-17 13:46

Almaniya millisinin baş məşqçisi Olimpiadadan sonra postunu tərk edəcək

blank
Ölkə futbolu2024-05-17 13:38

“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”

blank
Premyer-liqa2024-05-17 13:25

“Sabah” – “Sumqayıt” matçının təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-05-17 13:12

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

blank
Digər idman növləri2024-05-17 13:04

Azərbaycan milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-17 12:49

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

blank
Dünya futbolu2024-05-17 12:35

Bolonyada çempionluq paradı olacaq

blank
Digər idman növləri2024-05-17 12:21

Ardıcıl iki “Masters”də finalçılar eyni oldu

blank
Milli komanda2024-05-17 12:04

Azərbaycan millisinin səbəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-17 11:47

Çempiona yaraşmayan məğlubiyyət

blank
AÇ-20242024-05-17 11:30

Fransa millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-17 11:12

Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”

blank
Dünya futbolu2024-05-17 10:58

2027-ci ildə dünya çempionatı Braziliyada olacaq

blank
Premyer-liqa2024-05-17 10:41

“Qarabağ” “Turan Tovuz”a qarşı

blank
Ölkə futbolu2024-05-17 10:32

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

blank
Ölkə futbolu2024-05-17 10:17

“Səbail”in 5 illik həsrəti

blank
Digər2024-05-17 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-05-17 09:41

AEK klublarımızın potensial rəqibləri sırasında

blank
Dünya futbolu2024-05-17 09:24

Musanın komandasından darmadağın

blank
Ölkə futbolu2024-05-17 09:07

“Azərbaycanlı futbolçuların Türkiyədə oynamaları yaxşı haldır”

blank
Dünya futbolu2024-05-17 08:49

Təbriz klubu İran kubokunda mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-05-17 08:32

Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək

blank
Dünya futbolu2024-05-17 08:15

“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

blank
I Liqa2024-05-17 08:00

“Şamaxı”… Qayıdır axı…

blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm