Dünya futbolu
La Liqa klubunda 5 nəfər koronavirusa yoluxdu
Argentina millisinin və “Valensiya”nın futbolçusu Ezekiel Qaray koronavirusa yoluxub.
Futbolinfo.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu şəxsi “instagram” hesabından məlumat yayıb.
O, paylaşımında koronavirus testinin müsbət çıxdığını və hazırda karantində olduğunu bildirib.
Qarayla yanaşı, “Valensiya” klubu da karantinə alınıb. Məsələ burasındadı ki, argentinalı futbolçunun açıqlamasından bir neçə saat sonra La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə klubdakı vəziyyətin daha ciddi olduğunu bəyan edib. Belə ki, Qaraydan başqa, bu komandada daha 4 nəfər koronavirusa yoluxub. Klubun futbolçu və texniki heyətinə daxil olan həmin şəxslərin kimliyi açıqlanmayıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı