Dünya futbolu
Argentina prezidenti millinin finala çıxmasından danışdı
Argentina prezidenti Alberto Fernandes milli komandanın DÇ-2022-nin yarımfinal mərhələsinin Xorvatiya ilə görüşünü dəyərləndirib.
Futbolinfo.az xəbər verir ki, ölkə başçısı komanda işinin əhəmiyyəti barədə danışıb:
“Oyunçular, məşqçilər heyəti və bütün nümayəndə heyəti Argentinanı ən yüksək nöqtəyə gətirə bildilər. Onlar bir daha göstərdilər ki, uğura gedən yol həmişə komanda işindən keçir”.
Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”