Dünya futbolu
Argentinalı futbolçu Madriddə qarət edildi
“Atletiko”nun futbolçusu Anhel Korreanin evi qarət edilib. Hadisə zamanı Korrea ailəsi ilə evdə olub.
4 nəfər maskalı şəxs axşam vaxtı əlində silah evə daxil olaraq Korrea və ailə üzvlərini qorxudublar. Cinayət zamanı pul və zinət əşyaları aparılıb.
Hadisədən dərhal sonra Vətəndaş Qvardiyası Korreanın yaşadığı ünvana gəlib. Cinayət haqqında lazımi informasiya toplanılıb. Hələlik qarət edilənlərin izinə düşmək mümkün olmayıb.
Bu mövsüm 28 yaşlı futbolçu La Liqada 23 oyunda 8 qol vurub. Forvardla Səudiyyə Ərəbistanı klublarının da maraqlandığı məlumdur.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı