Dünya futbolu
Argentinalıların nömrə ənənəsi
Dünya Çempionatının finalından sonra mükafatlandırma mərasimində maraqlı olaya şahidlik etdik. Argentina millisinin futbolçuları medallarını almağa formalarındakı nömrələrinə uyğun olaraq yollandılar.
Digər komandalarda belə halı müşahidə etməmişdik. Amma dünya çempionları podiuma nızamlı çıxdı. İlk olaraq ehtiyat qapıçı Franko Armani (№1), ardınca Xuan Foyt (№2), Nikolas Talyafiko (№3) və s. Sıralama Xulian Alvareslə (№9) Anhel di Mariyanın (№11) arasında pozuldu. Çünki 10 nömrəli Lionel Messi kapitan olaraq kuboku almaq üçün sona qalmalıydı.
Sən demə, bu ənənə Argentina millisidə çoxdan var imiş. Daha doğrusu, DÇ-1986-da da eyni addım atılıb. O vaxt da futbolçular nömrələrinə uyğun olaraq medallarına qovuşub, sonda 10 nömrə Dieqo Armando Maradona podiuma çıxıb.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…