Dünya futbolu
“Arsenal” yeni müqavilə bağladığı futbolçusunu icarəyə verdi
İngiltərənin “Arsenal” klubu futbolçusu Konstantinos Mavropanosla müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Lakin 22 yaşlı yunanıstanlı müdafiəçi ilə imzalanan sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.
“Topçular” Mavropanosu gələn mövsümün sonuna kimi Almaniya “Ştutqart”ına icarəyə verib.
Qeyd edək ki, Konstantinos Mavropanos 2018-ci ilin yanvarından “Arsenal”da çıxış edir. O, bu vaxta qədər 8 dəfə komandanın formasını geyinə bilib.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”