Dünya futbolu
“Arsenal”da yeni qapıçı – RƏSMİ
İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi Fransanın “Dijon” klubunun qapıçısı Runar Aleks Runarssonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İsland qolkiperlə 4 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu yeni klubunda “13” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Runarsson ötən mövsüm Fransa klubunun heyətində 13 matçda meydana çıxıb. O, 2018-ci ildən “Dijon”un formasını geyinirdi. İslandiya yığmasının da üzvü olan futbolçu, daha öncə “Nordsyelland” və “Reykyavik” klublarının uğurları üçün çalışıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib