Milli komanda
“Asan qrup deyil” – Canni De Byazi
Bu gün Almaniyanın Frankfurt şəhərində AÇ-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:
“Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil. Rəqiblərimizi ayrı-ayrılıqda dəyərləndirməli olsaq, təbii ki, qrupun aşkar favoriti Belçika millisidir. Eyni zamanda, digər iki komandanı – İsveç və Avstriya millilərini də xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik”.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…