Digər idman növləri
“Associated Press” seçimini etdi
“Associated Press” xəbər agentliyi 2023-cü ilin ən yaxşı idmançısı seçiminin nəticələrini açıqlayıb. Gimnast Simona Bayls karyerasında üçüncü dəfə agentlik tərəfindən ən güclü qadın idmançı seçilib.
Bu ilin oktyabrında keçirilən dünya çempionatında idmançı dörd qızıl və bir gümüş medal qazanıb. Əvvəllər o, 2016 və 2019-cu illərdə AP nəşri tərəfindən ən yaxşı elan edilmişdi.
AP-in səsverməsində basketbolçu Keytlin Klark ikinci, ispaniyalı futbolçu Aitana Bonmati isə üçüncü olub. Sonrakı yerdə dağ xizəkçisi Mikaela Şiffrin, basketbolçu Aja Vilson, tennisçi Kori Qauff, basketbolçular Anxel Riz və Brianna Stüart qərarlaşıblar.
AP-in Qadın Atlet Mükafatını son 50 ildə ən çox qazananlar – tennisçilər Serena Villiams (beş dəfə) və Kris Evert (dörd) olub. Bu nominasiyada mütləq rekordçu isə, 1940 və 1950-ci illərdə altı dəfə ən yaxşı seçilən qolfçu Beybi Didrikson Zaxariasdır.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq