Digər idman növləri
“Aston Martin” “Honda” ilə əməkdaşlıq edəcək
Yaponiyanın mühərrik istehsalçısı “Honda” yaxın vaxtlarda “Aston Martin”lə əməkdaşlığa başlamalıdır.
Futbolinfo.az xəbər verir ki, 2026-cı ildən Formula 1-də yeni qaydalar işə düşür. Ötən mövsümün sonunda “Honda” FİA-nın yeni qaydaları ilə ciddi şəkildə maraqlanırdı. Buna görə də yaponlar bir neçə komandadan əməkdaşlıq təklifi almışdılar.
“Honda” komandasının yeni layihəsi yeni tərəfdaşa ehtiyac duyur. Belə ki, əvvəllər çalışdıqları “Red Bull” komandası “Ford”la razılığa gələrək 2026-cı ildən etibarən öz mühərriklərini hazırlayacaqlarını bildirib.
Xatırladaq ki, fevral ayının əvvəlində Beynəlxalq Avtoidman Federasiyası 2026-cı ildən etibarən Formula 1 yarışlarında mühərrik təchizatçısı kimi 6 şirkətin ərizəsini rəsmən təsdiq edib. Bu siyahıda “Ferrari”, “Mercedes”, “Alpine”, “Ford Red Bull” , “Audi” və “Honda” var.