Digər idman növləri
“Aston Martin” təqdimat gününü elan etdi
Formula 1 komandalarından daha biri yeni bolidinin təqdimat mərasiminin gününü müəyyəşlədirib. İngiltərəni təmsil edən “Aston Martin” komandası 2024-cü ildə yarışacaq maşını nümayiş edəcək günü açıqlayıb.
Fernando Alonso və Lens Strollun yarışacağı bolid fevralın 12-də ictimaiyyətə təqdim ediləcək. Bu barədə it.motorsport.com portalı məlumat verib.
Hələlik təqimatın Silverstoundakı trasda olub-olmayacağı ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, yeni çempionata martın 11-də start veriləcək.