Digər idman növləri
Ata olması Donçiçin göstəricilərini artırdı
“Dallas Maveriks”in oyunçusu Luka Donçiç qızı doğulduqdan sonra MBA-da xal ortalamasını əhəmiyyətli dərəcədə artırıb.
Xatırladaq ki, dekabrın əvvəlində sloveniyalı basketbolçunın nişanlısı Anamariya Qoltesdən qızı dünyaya gəldiyi məlum olmuşdu. O vaxtdan bəri Luka hər oyunda orta hesabla 37,3 xal, 9,2 ribaund və 11,6 məhsuldar ötürmə ilə çıxış edir. Komandası isə bu müddətdə 11 görüşdə 7 qələbə qazanıb.
Bununla belə, 24 yaşlı Donçiçin bu mövsüm Milli Basketbol Assosiasiyasındakı orta göstəriciləri bir qədər aşağıdır: 33,5 xal, 8,5 ribaund və 9,4 asist.
Əlavə edək ki, dekabrın 26-da Donçiç MBA tarixində 25 yaşına qədər müntəzəm çempionatda 10 min xal toplayan ən gənc altıncı basketbolçu olmuşdu.