Dünya futbolu
Atasının rekordunu təkrarladı – ÇL-də
İtaliyanın “Napoli” klubunun hücumçusu Covanni Simeone hazırda İspaniyanın “Atletiko” (Madrid) komandasının baş məşqçisi olan atası Dieqo Simeonenin rekordunu təkrarlayıb.
Futbolinfo.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna Şotlandiya “Reyncers”ini 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubl etməklə nail olub.
Argentinalı forvard qitənin bir nömrəli klub turnirində ilk 4 matçında 4 qola imza atıb. İndiyədək yalnız onun atası Dieqo Simeone eyni uğura imza atmışdı.
Bundan əlavə, Neapol təmsilçisi Çempionlar Liqasında 5 turdan sonra 20 qol vurub. Bu vaxtadək heç bir İtaliya klubu belə məhsuldarlıqla yadda qalmayıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar