Dünya futbolu
“Atletiko” yeni transfer üçün Feliksin gedişini gözləyir
“Atletiko” yeni hücumçunun izinə düşüb. Madridlilər başqa bir ispan klubunun üzvünü transfer etmək istəyir.
Futbolinfo.az xəbər verir ki, “Atletiko” “Betis”dən Borxa İqlesiası sıralarına qatmağa çalışır. Klublar bu barədə müzakirə aparıb, razılığa yaxın olublar. Amma hazırda müzakirələr dondurulub.
Danışıqların dayandırılması transferin alınmaması anlamına gəlmir. Sadəcə, madridlilər həm heyətdə yer açmaq, həm də keçidin maliyyəsini təmin etmək üçün Joao Feliksin satılacağı günü gözləyir. Transferə çıxarılan portuqaliya satılan kimi yenidən İqlesias məsələsinə qayıdılacaq.
29 yaşlı Borxanın “Betis”lə 2026-cı ilin yayına kimi müqaviləsi var. İspan hücumçu klubunda xoşbəxt olduğunu desə də, madridlilərin düşərgəsinəə yollanmağın əleyhinə deyil.