Digər idman növləri
“Australian Open” rekord vurdu
Bir neçə gün əvvəl başa çatmış “Australian Open” bu vaxta qədər keçirilən bütün “Böyük dəbilqə” seriyalı turnirlər arasında ən çox azarkeşin gəldiyi yarış olub. Bu il turnirin oyunlarını tribunalardan 1 020 763 tamaşaçı izləyib.
Yarışların yeddinci günündə (yanvarın 20-də) ən yüksək tamaşaçı axını olub. Həmin gün tribunalara 93 723 nəfər gəlib.
“Australian Open” bu göstəriciyə görə keçən ilin “US Open”ini qabaqlayıb. ABŞ-dəki turniri 957 287 azarkeş izləmişdi.
Turnirin baş direktoru Kreyq Tili yarışları tarixin ən yaxşısı adlandırıb: “Bütün göstəricilərimiz buna işarə edir – oyunçuların fikrindən tutmuş azarkeşlərin rəyinə qədər. Daha çox yeniliklər etmək üçün həmişəkindən daha çox çalışırıq”.
Xatırladaq ki, turnir yanvarın 28-də başa çatıb. Kişilərin tək yarışının finalında italiyalı Yannik Sinner rusiyalı Daniil Medvedevə 3:6, 3:6, 6:4, 6:4, 6:3 hesabı ilə qalib gələrək çempion olub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd