Ölkə futbolu
Autizmli uşaqlar “Neftçi”nin məşqində
“MoreThanFootball” fəaliyyət həftələri çərçivəsində “Neftçi” PFK-nın təşəbbüsü ilə bu gün autizmli uşaqlar komandamızın məşqində iştirak ediblər.
Futbolinfo.az xəbər verir ki, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş zamanı uşaqlar əvvəlcə futbolçularla görüşüb, söhbət edib, daha sonra birlikdə topla oynayıblar.
Qeyd edək ki, 2 aprel Ümumdünya Autizm Məlumatlandırma Günüdür. “Neftçi” martın 21-də başlayan və aprelin 14-dək davam edəcək “MoreThanFootball” layihəsinin bir parçası olmağa qərar verib.