Digər idman növləri
Averina bacıları idmanla vidalaşdı, Lalənin yolu açıldı
Dünyanın ən titullu gimnastları olan Dina və Arina Averina bacıları karyeralarını başa vurub. Bu barədə Rusiya Gimnastika Federasiyasının prezidenti İrina Viner məlumat yayıb.
25 yaşlı bacılar dəfələrlə dünya və Avropa çempionu olublar. Bundan başqa , Dina 2020-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısıdr. Sonuncu dəfə bacılar 2023-cü ildə yarışlarda iştirak etmişdilər. Rusiyalı idmançıların beynəlxalq yarışlardan kənarlaşdırılması Averinaların belə bir qərar qəbul etməsinə səbəb olub.
Qeyd edək ki, Dina və Averinanın karyeralarını başa vurmasından sonra bədii gimnastikada əsas iddialılardan biri həmyerlimiz Dmitri Kramarenkonun qızı Lalə Kramarenko olacaq.