Ölkə futbolu
“Avrokuboklara getmək üçün hər şeyi etməliyik”
“Səbail” üzərində qələbə bizim üçün heç də asan olmadı. Məşqçimizin dediklərini edib qələbə qazandıq”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Stefan Vukçeviç deyib.
O, Azərbaycan Premyer Liqasının 4-cü turunda “Səbail”ə 5:0 hesabı ilə qalib gəldikləri matçı
şərh edib: “Birinci hissədən sonra baş məşqçi bizə müəyyən tapşırıqlar verdi. Çıxıb meydana həmin tapşırıqları yerinə yetirdik. Hansı hesabla qalib gəldiyimizin bir əhəmiyyəti yoxdur. Əsas odur ki, biz qalib gəldik. Sadəcə nə qədər çox qol vursaq, bu yaxşıdır. Nəticəyə görə sevinirik”.
Monteneqrolu futbolçu oynadıqları oyuna görə eyforiyaya qapılmadıqlarını bildirib: “Yaxşı oyun göstərdiyimizi deyirlər. Amma bunun üçün hələ tezdir. Eyforiyaya qapılmırıq. Yaxşı oyun göstərməyə, motivasiyanı itirməməyə çalışırıq. “Səbail”lə matçı unutmaq lazımdır. “Sumqayıt”la matça fikirləri yönəltməliyik”.
Vukçeviç avrokuboklar hədəfindən də söz açıb: “Ümid edirəm ki, avrokuboklara gedə biləcəyik. Bunun üçün hər şeyi etməliyik”.
Yarımmüdafiəçi “Sumqayıt”la qarşıdakı matça da toxunub: “Sumqayıt” yaxşı rəqibdir. Onlara qarşı yüksək səviyyədə hazırlaşacağıq”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”