Dünya futbolu
Avroliqa: Finalın ən yaxşı futbolçusu adına 4 namizəd
“Ayntraxt”la (Frankfurt) “Reyncers” arasında keçirilən Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Futbolifo.az xəbər verir ki, ən yaxşı futbolçu adına Frankfurt təmsilçisinin qapıçısı Kevin Trappla hücumçusu Rafael Borre, həmçinin “Reyncers”in yarımmüdafiəçisi Co Aribo və müdafiəçisi Kelvin Bassi namizəddir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
“Ayntraxt” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunun penaltilər seriyasında rəqibini məğlub edib – 5:4.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib