Dünya futbolu
Avroliqa: Pley-offa kimlər vəsiqə qazanacaq?
Bu gün futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Futbolinfo.az xəbər verir ki, mərhələnin qalibi bir oyunun nəticəsində müəyyənləşir.
İlk oyun günündə bir qarşılaşma keçirilib. Kiprin “Apollon” klubu doğma divarlar arasında Polşa təmsilçisi “Lex”i qəbul edib. Polşalılar 5 cavabsız qol sayəsində pley-offa vəsiqə qazanıblar.
Pley-off mərhələsinin digər görüşləri bu gün keçiriləcək. Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ”ın da rəqibi bilinəcək. Ağdam təmsilçisi “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.
Türkiyənin “Beşiktaş” klubu 3-cü təsnifat mərhələsində “Rio Ave” (Portuqaliya), “Qalatasaray” isə “Hayduk” (Xorvatiya) ilə qarşılaşacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
23 sentyabr
Apollon (Kipr) – Lex (Polşa) 0:5
Qol: Tiba, 42; 90+2. İshak, 47. Kaminski, 58. Şikora, 81.
24 sentyabr
18:00 Ararat (Ermənistan) – Çelye (Sloveniya)
19:30 Kuopio (Finlandiya) – Suduva (Litva)
20:00 Fehervar (Macarıstan) – Reyms (Fransa)
20:00 Viktoriya (Plzen, Çexiya) – Sonderyuske (Danimarka)
20:30 Rostov (Rusiya) – Makkabi (Hayfa, İsrail)
21:00 Beşiktaş (Türkiyə) – Rio Ave (Portuqaliya)
21:00 Şarlerua (Belçika) – Partizan (Serbiya)
21:00 ÇSKA (Sofiya, Bolqarıstan) – B36 (Torşavn, Farer adaları)
21:00 Yurqorden (İsveç) – ÇFR (Rumıniya)
21:00 Floriana (Malta) – Flora (Estoniya)
21:00 Malmö (İsveç) – Lokomotiva (Zaqreb, Xorvatiya)
21:00 Mura (Sloveniya) – PSV (Eyndhoven, Niderland)
21:00 Riqa (Latviya) – Seltik (Şotlandiya)
21:00 Rusenborq (Norveç) – Alanyaspor (Türkiyə)
21:30 Styaua (Rumıniya) – Slovan (Liberets, Çexiya)
21:30 Hapoel (Beer-Şeva, İsrail) – Motervell (Şotlandiya)
22:00 APOEL (Kipr) – Zrinski (Bosniya və Herseqovina)
22:00 Kopenhagen (Danimarka) – Pyast (Polşa)
22:00 Sarayevo (Bosniya və Herseqovina) – Buduçnost (Monteneqro)
22:00 Qalatasaray (Türkiyə) – Hayduk (Split, Xorvatiya)
22:00 Klaksvik (Farer adaları) – Dinamo (Tbilisi, Gürcüstan)
22:00 Qranada (İspaniya) – Lokomotive (Tbilisi, Gürcüstan)
22:00 Şerif (Moldova) – Dandalk (İrlandiya)
22:00 Şkendiya (Şimali Makedoniya) – Tottenhem (İngiltərə)
22:00 Standard (Belçika) – Voyvodina (Serbiya)
22:15 Volfsburq (Almaniya) – Desna (Ukrayna)
22:30 Milan (İtaliya) – Bodo Qlimt (Norveç)
22:30 Bazel (İsveçrə) – Anortosis (Kipr)
22:30 Sankt Qallen (İsveçrə) – AEK (Afina, Yunanıstan)
22:30 LASK (Avstriya) – Dunayska Streda (Slovakiya)
22:30 Legiya (Polşa) – Drita (Kosovo)
22:45 Riyeka (Xorvatiya) – Kolos (Kovalevka, Ukrayna)
22:45 Sportinq (Portuqaliya) – Aberdin (Şotlandiya)
22:45 Villem II (Niderland) – Reyncers (Şotlandiya)