Digər idman növləri
Avroliqada 16-cı tura yekun vuruldu
Avroliqa turnirində 6 oyunla 16-cı tura yekun vurulub.
İlk oyun İstanbulda keçirilib. “Anadolu Efes” İspaniyanın “Baskoniya” komandasını qəbul edib. Son perioda qədər başabaş mübarizə şəraitində keçən görüşdə, qonaqlar qalib gəliblər. Onlar 4-cü periodda 30:20 üstünlük əldə etməklə qələbəni təmin ediblər.
Oyunda ən məhsuldar basketbolçu Markus Hovard olub. Qonaq komandanın snayperi 22 dəqiqə ərzində 28 xal toplayıb.
Türkiyənin digər komandası “Fənərbağça” Berlin səfərindən qələbəylə dönüb. Çempionatın autsayderlərindən olan “Alba” ilə qarşılaşmada türkiyəlilər 91:82 hesablı qələbə qazanıblar.
Ardıcıl iki məğlubiyyətdən sonra “Barselona” səfərdə “Jalgiris”i məğlub edib. Yunanıstan “Panatinaikos”u isə səfərdə “Milan”a qalib gəlib. “Monako” “Bayern”i, “Olimpiakos” isə “Lion”u səfərdə məğlubiyyətə uğradıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq