Digər idman növləri
Avroliqada iştirak edəcək daha bir komanda məlum oldu
Basketbol üzrə “Srvena Zvezda” komandası gələn mövsüm də Avroliqada çıxış edəcək. Belqrad klubu Adriatik liqasının finalında “Partizan”a məğlub olsa da, Avropanın əsas turnirində iştirakını davam etdirəcək.
Serbiyanın Telegraf.rs portalının verdiyi məlumata görə, Avroliqada çıxış üçün “Srvena Zvezda” xüsusi dəvət alıb. Bunun üçün klub 500 min avro ödəyəcək. Adriatik liqasının qalibi olan “Partizan” isə iştirak üçün pul ödəməyəcək.
Son xüsusi dəvət İspaniyanın “Valensiya” və Türkiyənin “Türk Telekom” komandalarına göndərilib. Böyük ehtimalla sonuncu komanda Türkiyə təmsilçisi olacaq. Avroliqanın iştirakçılarının yekun siyahısı iyunun 29-da elan ediləcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi