Ölkə futbolu
Avropa Liqasının 16 braziliyalısı: yalnız “Benfika” “Qarabağ”dan öndədir
Avropa Liqasında mübarizəni davam etdirən klubların braziliyalı futbolçuları ilə bağlı məqalə dərc edilib.
Futbolinfo.az xəbər verir ki, 1/8 finala qədər irəliləməyi bacaran 16 komandadan 9-da “sambaçı” yer alır.
Ən çox braziliyalıya sahib komanda “Benfika”dır. Portuqaliya təmsilçisinin heyətində Cənubi Amerika ölkəsinin 4 üzvü var. Bu baxımdan ikinci sırada “Qarabağ” qərarlaşır. Azərbaycan çempionunda 3 braziliyalı var ki, onlardan Julio Romao cəza səbəbindən 1/8 finalın ilk oyununu buraxacaq, Mateus Silva və Olavio Juninyo oynamaq imkanı qazanacaq. Hələ milliləşdirilmiş Riçard Almeyda siyahıya düşməyib.
“Brayton” və “Sportinq”də 2 braziliyalı çıxış edir. “Atalanta”, “Liverpul”, Marsel “Olimpik”i, “Vest Hem” və “Qarabağ”ın rəqibi “Bayer” 1 “sambaçı”ya sahibdir.
Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək.