Digər idman növləri
Avropa Oyunları: Daha 2 taekvondoçu medalsız qaldı
Polşada keçirilən 3-cü Avropa Oyunlarında taekvondo yarışları davam edir.
Futbolinfo.az xəbər verir ki, bu gün Azərbaycanın daha 2 taekvondoçusu mübarizəyə qoşulub.
67 kq çəki dərəcəsində çıxış edən Fəridə Əzizova mübarizəyə 1/8 finalda Athanasiya Mitsopoulou (Yunanıstan) ilə üz-üzə gəlib. Qarşılaşma Əzizovanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Rəqibin finala çıxa bilməməsi Fəridənin bürünc medal şanslarının da sonunu gətirib.
74 kq-dakı Eltac Qafarov isə rəqibi Lukaş Çudnoç (Polşa) zədə səbəbindən qarşılaşmaya çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb.
1/4 finalda serbiyalı Stefan Takovla üz-üzə gələn Eltac da ilk döyüşündən məğlub ayrılıb. Onun da rəqibi finala yüksələ bilmədiyi üçün Qafarovun bürünc medal şansı qalmayıb.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi