Dünya futbolu
Avropada 2023-cü ilin rəmzi komandası
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb. “11-lik” 3-4-3 sxeminə uyğun tərtib edilib.
Komandada ən çox futbolçu ilə İngiltərə təmsil olunub. Bu ölkənin 3 oyunçusu rəmzi komandaya düşüb.
Qapıçı: Tibo Kurtua (Belçika);
Müdafiəçilər: Trent Aleksander-Arnold (İngiltərə), Ruben Diaş (Portuqaliya), David Alaba (Avstriya);
Yarımmüdafiəçilər: Rodri (İspaniya), Kevin de Bruyne (Belçika), Cud Bellingem (İngiltərə), Bernardo Silva (Portuqaliya);
Hücumçular: Harri Keyn (İngiltərə), Erlinq Haland (Norveç), Kilian Mbappe (Fransa).