Dünya futbolu
Avstriyada da futbol bu ay bərpa olunacaq – RƏSMİ
Avropanın daha bir ölkəsində futbolun bərpa olunmasına qərar verilib.
Futbolinfo.az xəbər verir ki, Avstriyada bu ayın sonundan etibarən rəsmi yarışların davam etdirilməsi barədə qərar olunub.
Belə ki, mayın 30-da Avstriya kubokunun final qarşılaşması baş tutacaq. Həlledici oyunda “Zalsburq” və “Austriya” komandaları üz-üzə gələcək.
Mövsümün başa çatmasına 10 tur qalan Avstriya Bundesliqasının isə iyunun 2-dən etibarən bərpa edilməsi nəzərdə tutulur. Oyunlara azarkeş buraxılmayacaq.
Avstriya Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, komandalar mayın 15-dən etibarən məşqlərə başlaya biləcəklər. Lakin ona qədər bütün klublar futbolçularını koronavirus testindən keçirməlidilər.
Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”