Digər idman növləri
Avstriyaya 5 cüdoçumuz gedir
Azərbaycanın 5 cüdoçusu Avstriyanın Linz şəhərində keçiriləcək Qran-pri turnirində iştirak edəcək. Onlardan üçü qadın, ikisi kişi idmançı olacaq.
Martın 8-də startı veriləcək yarışda Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq), Rəşid Məmmədəliyev (73 kq) və Camal Qamzatxanov (+100 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
Martın 10-dək baş tutacaq Qran-pridə kollektivə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət millinin baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcəklər.
82 ölkədən 568 idmançının yarışacağı turnirdə Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev yarışda ədalət təmsilçiləri arasında yer alacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı