Dünya futbolu
“Ayaks” Varelanı istəyir
“Ayaks” “Boka Xuniors”un müdafiəçisi Alan Varelanı transfer etməyə çalışır. Amsterdamlılar onu “Mançester Yunayted”ə satdıqları Lisandro Martinesin əvəzedicisi kimi görür.
Futbolinfo.az xəbər verir ki, Argentina klubu Varelanın keçidi üçün əngəl törətmir. Sadəcə, 15 milyon dollarlıq sərbəstqalma bəndinin tələblərinə əməl etmək lazımdır. “Ayaks” qiymətdə endirim istədiyindən transfer yubanır.
21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi müqaviləsi olan “Boka Xuniors” isə tələsmir. “Benfika” və “Barselona” da futbolçuya müştəri düşdüyündən, argentinalılar istedadlı müdafiəçisini istədikləri qiymətə satacaqlarından əmindirlər.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”