Dünya futbolu
“Ayaks” yeni müqavilə bağlayıb “Sevilya”ya göndərdi
Stanis İdumbo Muzambo karyerasını “Sevilya”da davam etdirəcək. “Ayaks” 18 yaşlı oyunçusunu İspaniya klubuna göndərməyə razılaşıb.
Futbolinfo.az xəbər verir ki, Konqo əsilli belçikalının müqaviləsi qarşıdakı yay başa çatacaqdı. Amsterdamlılar onunla anlaşmanın daha 4 illik uzadılmasına nail olub. Məhz bundan sonra futbolçu “Sevilya”ya icarəyə göndərilib.
İspanlar 6 ay üçün icarə haqqı olaraq 400 min avro ödəyəcək. Oyunçu bu gün tibbi müayinədən keçməlidir.