Dünya futbolu
“Ayaks”ın futbolçusu 2 il 9 ay sonra komadan ayıldı
Niderlandın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri komadan ayılıb.
Futbolinfo.az xəbər verir ki, o, 2 il 9 ay idi komada idi. Lakin ötən gün Niderland mətbuatına açıqlama verən gənc futbolçunun qardaşı Nurinin tədricən özünə gəldiyini deyib:
“Artıq komada deyil, asqırır, qaşları ilə bizə işarə edir və yemək yeyir. Ancaq hələ yataqdan qalxa bilmir” – deyə o qeyd edib.
2017-ci ilin iyul ayında “Verder”lə yoxlama oyununda Abdelhak Nurinin ürək ritmi pozulub. 22 yaşlı niderlandlı yarımmüdafiəçiyə 20 dəqiqə ürək masajı edilib. Daha sonra helikopterlə xəstəxanaya aparılan futbolçunun beynində ciddi problem olduğu müəyyənləşib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…