Dünya futbolu
Ayaz Quliyevin komandası Rusiya Premyer Liqası ilə vidalaşdı
Futbol üzrə Rusiya Premyer Liqasını tərk edən ilk komanda məlum olub.
Futbolinfo.az xəbər verir ki, “Arsenal” (Tula) komandası aşağı liqaya düşüb.
Tula təmsilçisi 29-cu turda “Ufa”ya 1:2 hesabı ilə uduzub və sona bir tur qalmış 23 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb. Azərbaycanlı futbolçu Ayaz Quliyev də bu matçın iştirakçısı olub. “Arsenal”ın yarımmüdafiəçisi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
“Arsenal” növbəti mövsümdə Milli Futbol Liqasında (FNL) çıxış edəcək.