Digər idman növləri
Azərbaycan boksçularından MDB Oyunlarında 10 medal
Belarusda keçirilən 2-ci MDB Oyunlarında boks yarışlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisi turniri 10 medalla başa vurub.
Komandamızın heyətində Aynur Mikayılova (54 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Ziya Həsənov (71 kq) və Fərhad Şeydayev (75 kq) gümüş mükafata sahib olublar.
Digər boksçularımızdan Ömər Aslanlı (54 kq), Aslan Quliyev (63,5 kq), Lalə Mədətova (48 kq), Aysu İsmayılova (50 kq), Nərmin Əlizadə (52 kq) və Qızbəs İsgəndər (60 kq) isə Oyunları bürünc medalla bitiriblər.
Yığmamız bu nəticə ilə komanda hesabında 5-ci yeri tutub.
Qeyd edək ki, boksçularımız Bakıya avqustun 14-də qayıdacaqlar.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə