Digər idman növləri
Azərbaycan millisi Avropa çempionatının yarımfinalında!
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası kiçik ölkələr arasında keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin rəhbərlik etdiyi yığma 1/4 finalda San Marino seçməsi ilə qarşılaşıb.
Oyuna fəal başlayan komandamız yekunda parketdən 68:51 hesablı qələbə ilə ayrılıb. Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev olub.
Yığmamız yarımfinalda Malta komandası ilə üz-üzə gələcək. Oyun iyulun 2-də, Bakı vaxtı ilə saat 18:15-də start götürəcək. Komandamız qrup mərhələsində məhz bu rəqiblə qarşılaşmış və 71:73 hesabıyla məğlub olmuşdu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…