Ölkə futbolu
Azər Salahlı ilə gələn 100
Misli Premyer Liqasının 2023-24 mövsümündə yerli futbolçuların vurduğu ümumi qol sayı 100-ü keçib.
Futbolinfo.az saytının məlumatına görə, yubiley topu 27-ci turda keçirilən “Neftçi” – “Səbail” oyununa təsadüf edib. Turun açılış qarşılaşmasında ev sahiblərinin ikinci qolunun müəllifi olan Azər Salahlı yubilyar olub. 27-ci dəqiqədə fərqlənən müdafiəçi yerli statusda çıxış edən oyunçuların ümumi qol sayını 100-ə çatdırıb.
Ümumiyyətlə, cari mövsüm baş tutan 135 görüşdə yerlilər aktivlərinə 104 qol yazdırıblar. Hər oyuna orta hesabla 1,3 top düşür. Əvəzində digər 233 qola əcnəbilər imza atıblar. 10 dəfə isə avtoqol qeydə alınıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə