Digər idman növləri
Azərbaycan atletləri Avropa Oyunlarında çıxışlarını başa vurublar
Azərbaycan atletləri Polşada keçirilən III Avropa Oyunlarında çıxışlarını başa vurublar.
Futbolinfo.az məlumatına görə, son gündə 6 idmançı fərdi çıxış edib.
Anna Yusupova 1500 metr məsafəni 4:38.00-a qaçaraq 6-cı yeri tutub. İsmayıl Əliyev nüvə itələmədə (15.84 m) ən yaxşı 7-ci, Fəxriyə Tağızadə isə uzunluğa tullanmada (5,14 m) 9-cu nəticəni göstərib.
İlahə Quliyeva qadınlarda, Aleksey Əliəkbərov kişilərdə 200 metr məsafəyə qaçışda qüvvəsini sınayıb. Hər iki idmançı müvafiq olaraq 25,33 və 22,25 saniyəlik nəticə ilə 10-cu olub.
Elman Abışov 5000 m məsafəni 16:26,70 dəqiqəyə qət edərək, 14 iştirakçı arasında cəmi iki nəfəri qabaqlaya bilib.
Cavid Məmmədov, Lamiyə Vəliyeva, Əli Abdıyev və İlahə Quliyevadan ibarət Azərbaycan yığması isə 4×400 metr məsafəyə qarışıq estafeti 3:31,55 dəqiqəyə tamamlayıb və 7-ci yerlə kifayətlənib.
Qeyd edək ki III Avropa Oyunları iyulun 2-də başa çatacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı