Digər idman növləri
Azərbaycan badmintonçusu 1/16 finalda dayandı
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tailandın paytaxtı Banqkok şəhərində keçirilən “HSBC BWF World Tour Super 500” seriyalı “Tailand Open-2022” turnirində çıxış edib.
Futbolinfo.az xəbər verir ki, nüfuzlu turnirin təsnifat mərhələsindən 1/16 finala vəsiqə qazanan Edi bu mərhələdə kişi badmintonçuların şəxsi reytinqində 6-cı sırada qərarlaşan Malaziya təmsilçisi Li Zi Jia ilə qarşılaşıb.
İlk setdə rəqibinə ciddi müqavimət göstərən badmintoçumuz rəqibinə 19-21 hesabı ilə uduzub. İkinci seti aşkar üstünlüklə (9-21) bitirən Li Zi Jia turnirin 1/8 finalına vəsiqə qazanıb.
Təsnifat mərhələsində 2 qələbə qazanan Edi hesabına 2220 reytinq xalı yazdırıb.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…