Digər idman növləri
Azərbaycan birinciliyində 650-yə yaxın cudoçu iştirak edəcək
6-8 may aralığında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə cüdoçular (U-15) arasında Azərbaycan birinciliyi təşkil olunacaq.
Futbolinfo.az xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-ə yaxın idmançı güclərini sınayıb, medallar uğrunda mübarizə aparacaqlar.
Üç gün davam edəcək turnirdə 2008-2010-cü il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Azərbaycan birinciliyinə seçim mərhələsində 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi